Mingəçevir şəhərində kafelərdən birində qaz partlayışı baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə obyektin 1970-ci il təvəllüdlü əməkdaşı Xuraman Rəhimova qazı yandırmaq istərkən partlayış baş verib.
Bədən nahiyəsindən müxtəlif yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
















