• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Nərimanovda yanğın söndürüldü  - VİDEO - YENİLƏNİB

HADİSƏ

31 Yanvar 2024 | 13:08

Nərimanovda yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Nərimanov rayonunda baş verən yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, Nərimanov rayonunda yarımstansiyanın ətrafında quraşdırılan 3 ədəd elektrik lövhəsi, 15 p.m giriş-çıxış kabelləri və taxta altlıqlar 5 m² sahədə yanıb.

Digər elektrik lövhələri və yarımstansiya yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

12:09

Bakıda yanğın başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, yanğın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

Yanğın həyətlərin birindəki elektrik enerjisinin istehsal olunduğu stansiyada başlayıb. 

FHN-nin yanğınsöndürənləri hadisə yerindədir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026