• Bakı 29° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Avtobusun altında qalaraq ölən şəxsin kimliyi bilindi - FOTOLAR-YENİLƏNİB

HADİSƏ

01 Mart 2024 | 12:20

Avtobusun altında qalaraq ölən şəxsin kimliyi bilindi - FOTOLAR-YENİLƏNİB

Bu gün metronun “Koroğlu” stansiyasının qarşısında “Bakubus” MMC-yə məxsus avtobusun altında qalaraq vəfat edən piyadanın kimliyi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, ölən şəxsin 26 yaşlı İbrahimov Oruc İbrahim oğlu olması məlum olub.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

...

08:28

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə “Koroğlu” Nəqliyyat Mübadiləsi Mərkəzində qeydə alınıb.

Belə ki, Koroğlu-Ramana istiqamətində hərəkət edən 99-JU-723 dövlət nömrə nişanlı 163 nömrəli marşrut avtobusu qəza törədib.

Hadisə şəxsin piyada üçün nəzərdə tutulmayan ərazidən keçdiyi zaman baş verib. Avtobusun altında qalan şəxs hadisə yerində ölüb.

Polis əməkdaşları hadisə yerinə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026