Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-Fransa strateji tərəfdaşlığının gündəliyində duran məsələləri müzakirə edib, ikitərəfli münasibətlərin ardıcıl inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı iradələrini təsdiqləyiblər.
Nikol Paşinyan ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və Ermənistandan ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsi, eləcə də regional və beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Ermənistan-Azərbaycan sülh prosesini də müzakirə ediblər. Paşinyan və Makron Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.
Bakı 



