• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İmişli sakini bədbəxt hadisə nəticəsində öldü

HADİSƏ

02 Dekabr 2023 | 18:18 | Müəllif: Subhan Mahmudov

İmişli sakini bədbəxt hadisə nəticəsində öldü

İmişli rayon sakini Gəncədə bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində baş verib. Belə ki, İmişli rayon sakini 47 yaşlı Vəliyev Niyaz Mikayıl oğlu adıçəkilən ünvanda quyuya düşüb.

O xəstəxanaya yerləşdirilib və həkimlərin apardığı tibbi müayinələrə baxmayaraq orada dünyasını dəyişib. Məlumata görə, ölən şəxs həmin ərazidə fəhlə kimi çalışırmış.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026