Cəlilabadda baş verən bıçaqlanma ilə bağlı DİN açıqlama verib.
Sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Günəşli kənd sakini Aydın İmanzadə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
09:04
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Zeynalov bel nahiyəsindən bıçaqlanıb.
Xəsarət alan M.Zeynalov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda hadisənin kim tərəfindən törədilməsi və bıçaqlanmanın səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.















