Gədəbəydə məktəbli qızı maşın vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Böyük Qaramurad kəndində qeydə alınıb. Hərəkətdə olan "Opel" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2012-ci il təvəllüdlü Melisa Məmmədovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
















