• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycanda evdə partlayış - xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

07 Aprel 2024 | 13:02

Azərbaycanda evdə partlayış - xəsarət alanlar var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

10:08

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub.

Bakıvaxtı.az bildirir ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü B.Mərdanova, 2001-ci il təvəllüdlü A.Mərdanova və 2023-cü il təvəllüdlü R.Məhərrəmov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerlədiriliblər. Yaralılardan B.Mərdanovanın vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, yaralılar evdə qaz sızması nəticəsində partlayış olması nəticəsində xəsarət alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026