• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Sərnişin traktordan yıxılıb öldü

HADİSƏ

20 Iyul 2023 | 09:28

Sərnişin traktordan yıxılıb öldü

Bərdədə sərnişin traktordan yıxılaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xaqani Qasımovun idarə etdiyi “T 28X4 MS” markalı traktor ilə hərəkətdə olan zaman texnikanın yedeyində olan sərnişin qismində əyləşən 2007-ci il təvəllüdlü Paşayev Davud Saleh oğlu yıxılıb. Sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026