• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Həbsdəki oğluna narkotik vermək istəyən qadın tutuldu

HADİSƏ

18 Avqust 2023 | 20:07

Həbsdəki oğluna narkotik vermək istəyən qadın tutuldu

Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Taleh Elçin oğlu Rüstəmova anası Mehparə Əlimuxtar qızı Rüstəmova tərəfindən gətirilmiş sovqatda olan şalvarın cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,201 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR