Polşada bu gündən etibarən qüvvəyə minən qanunla qanında 1,5 promil spirt aşkarlanan bütün sürücülərin avtomobilləri müsadirə ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, qanunda hər hansı yol-nəqliyyat hadisəsində iştirak edən və qanında spirtin miqdarı 1 promil və ya daha çox olduğu müəyyən edilən sürücülərin avtomobillərinə əl qoyulacaq.















