• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"ABŞ İranla münaqişəyə can atmır" - Pentaqon

DÜNYA

14 Aprel 2024 | 09:05 | Müəllif: Subhan Mahmudov

"ABŞ İranla münaqişəyə can atmır" - Pentaqon

ABŞ İranla münaqişəyə can atmır, lakin Yaxın Şərqdəki qoşunlarını müdafiə etməkdən və İsraili dəstəkləməkdən çəkinməyəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.

“Biz İranla münaqişəyə can atmırıq, lakin qoşunlarımızı qorumaq və İsrailin müdafiəsini dəstəkləmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”, – deyə Ostin bildirib.

O əlavə edib ki, Vaşinqton İranın İsrailə qarşı "ehtiyatsız və misli görünməmiş hücumlarını" pisləyir, həmçinin Tehranı və onun regiondakı havadarlarını gələcək hücumlardan çəkinməyə və vəziyyəti gərginləşdirməməyə çağırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR