• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"İranın İsrailə hücumu uğursuz oldu" - Bayden

DÜNYA

14 Aprel 2024 | 09:07 | Müəllif: Subhan Mahmudov

"İranın İsrailə hücumu uğursuz oldu" - Bayden

ABŞ Prezidenti Co Bayden hesab edir ki, İranın İsrailə hücumu uğursuz olub və yəhudi dövləti qələbə çalıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində deyib ki, İranın hücumu uğursuz olduğu üçün İsrail bu günü qələbə hesab edə bilər.

Bayden əlavə edib ki, İsrailin hərəkətləri onun “üstün hərbi imkanlarını” nümayiş etdirir.

Bayden Netanyahu ilə telefon danışıqları zamanı Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini də bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026