• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Simonyan böyük heyətlə Fransaya getdi

DÜNYA

10 Iyul 2023 | 23:39 | Müəllif: Subhan Mahmudov

Simonyan böyük heyətlə Fransaya getdi

Ermənistan parlamentinin sədri Alen Simonyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 10-13-də Fransada işgüzar səfərdə olacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın parlamentinin rəsmi saytında məlumat verilib.

Ermənistan nümayəndə heyətinin tərkibinə parlamentin Dövlət və Hüquq Məsələləri Komissiyasının rəhbəri Vladimir Vardanyan, Milli Assambleyanın Xarici Əlaqələr Komissiyasının rəhbəri Sərkis Xandanyan, deputatlar Arusyak Manavazyan və Armen Rüstəmyan, həmçinin parlament sədrinin mətbuat katibi Tsovinar Xaçatryan, Milli Assambleya sədrinin müşavir-köməkçisi Hamlet Gevorqyan və digərləri daxildir.

Mətbuat xidməti nümayəndə heyətinin səfərinin məqsədi barədə məlumat vermir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026