Qəzzada 24 saatda ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az bu barədə “Al Jazeera”ya istinadla xəbər verir.
Məlumata görə, son sutkada 62 nəfər ölüb, 138 nəfər yaralanıb.
Bununla da oktyabrın 7-dən bəri İsrailin Qəzzaya hücumları nəticəsində 35 709 fələstinli ölüb, 79 990 nəfər isə yaralanıb.
Mina Mikayılova
















