Ötən ilin dekabrdan bəri Rusiya Ukraynada ümumilikdə 100 min itki verib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
C.Kirbi qeyd edib ki, onlardan 80 mini yaralanıb, 20 mini həyatını itirib.
"Həyatını itirən 20 minin təxminən yarısı Rusiyanın bütün həbsxanalarından cəlb edilmiş keçmiş cinayətkarlar olan muzdlu Vaqner döyüşçüləridir", - deyə C.Kirbi qeyd edib.
Onun sözlərinə görə, bir aydır Rusiyanın Donbas bölgəsinə hücum cəhdi böyük ölçüdə uğursuzluqla nəticələnir: "Ukraynanın müdafiəsi hələ də effektivdir və Rusiyanı marjinal qazanclara böyük vəsait xərcləməyə məcbur edib”.
Ay Tac















