• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sülh ehtimalı ARTIR

CƏMİYYƏT

15 Dekabr 2023 | 16:29

Sülh ehtimalı ARTIR

"Ermənistan Azərbaycanla bağlı mövqeyində çox ciddi dəyişiklik və yeniliklər edib".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.

Professor bildirib ki, Ermənistan başa düşür ki, Azərbaycan çox güclüdür, əgər İrəvan uzun müddət fərqli mövqe sərgiləsə, bir dövlət kimi çox ciddi problemlərlə üzləşə bilər:

"Ermənistanın İranla münasibətlərində gərginlik var. Digər tərəfdən, Fransanı və ABŞ-ni bölgəyə soxduqlarına görə, Rusiya ilə ciddi problemləri yaranıb. Ona görə də, məcburiyyət qarşısında rəsmi Bakı ilə dil tapmağa çalışır. Biz ermənilərə şübhə ilə yanaşırıq. Çünki İrəvana etibar və etimad məsələsində ciddi problemlərimiz olub. Amma ümumən, sülhə doğru yaxınlaşma var. Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi A.Qriqoryanın sülh sənədi ilə bağlı açıqlamasına ciddi yanaşaq olar, çünki, hər halda o, məlumatlı şəxsdir və nə danışdığını bilir. Ən əsası odur ki, artıq vasitəçilərə ehtiyac yoxdur. Bu müddət ərzində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olanlar məhz vasitəçilər idi. Çünki vasitəçilərin maraqları daha çox həmin dövlətlərin öz maraqları idi. Nəhayət, bunu Ermənistan da başa düşdü".

C.Nuriyev diqqətə çatdırıb ki, bütün hallarda Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması Bakıdan daha çox İrəvan üçün lazımdır:

"Növbəti qış aylarında Ermənistan Rusiya tərəfindən həm qaz, həm də nəqliyyat blokadasına düşə bilər. Hazırda kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı blokada ilə üzləşib. "Yuxarı Lars" yolu bağlanan kimi Ermənistan tam blokadada olur. O baxımdan, sülh müqaviləsi ehtimalı güclənir. İl bitənədək çərçivə sazişi imzalana bilər. Ümumən isə düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişini fevralın 7-nə, növbədənkənar prezident seçkisinə qədər imzalamaq ehtimalı çox yüksəkdir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026