• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Suşi zəhərlənməsi: Nələrə diqqət etməliyik?

CƏMİYYƏT

10 Oktyabr 2022 | 12:57 | Müəllif: Qalib İbrahimoğlu

Suşi zəhərlənməsi: Nələrə diqqət etməliyik?

Xəbər verdiyimiz kimi, ötən həftə BDU-nun Kimya fakültəsinin 4 tələbəsi yedikləri qidadan sonra mədələrində narahatlıq hiss ediblər. Zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılan tələblərin mədələri yuyulub, sistem köçürülüb, evə buraxılıblar.

Suşi son illərin ən çox dəbdə olan, xüsusilə də gənclər tərəfindən sevilən qidalarındandır. Digər qidalar kimi, bəzən zəhərlənmələrə də yol açır. Bəs suşi alarkən və istehlak edərkən nələrə diqqət edilməlidir?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, suşi Azərbaycana xas olmayan qidadır: “Mən bir çox ölkələrdə suşini görmüşəm, əsas suşi restoranlarında suşilər fırlanan lent üzərində verilir. İstehlakçılar otururlar, suşilər lent üzərində fırlanır, kim hansını istəsə götürür və fırlanma davam edir. Ona görə də, mən həmişə suşini “rus rulyetkası” ilə müqayisə etmişəm, yəni zəhərlənmək üçün hansı düşər-düşər”.

Eyyub Hüseynov: İnsanlar suşi yeməklə trendə qoşulur, özlərini kiməsə oxşatmaq istəyirlər

AİB sədri deyib ki, suşinin tərkibində olan bişməmiş balıq və digər kompenentlər bizim orqanizmimizə uyğun deyil: “Düşünürəm ki, Azərbaycan şəraitində bu yeməkdən mütləq uzaq olmaq lazımdır. Suşi dad etibarilə də heç dadlı deyi. Sadəcə olaraq, insanlar nədənsə suşi istehlak etməklə xaricdə yaradılmış bir trendə qoşulur, özlərini kiməsə oxşatmaq istəyirlər və s. Bu qida hər cəhətdən heç də Azərbaycanın istənilən yeməyindən irəli deyil. Hansı vaxtda, hansı şəraitdə hazırlandığı da bəlli deyil”.

Müsahibimiz vurğulayıb ki, əhali balığın çox tez çirklənən riskli məhsullar siyahısında olduğunu bilməlidir: “Ona görə də, suşidən mümkün qədər uzaq olmalıdırlar. Bu zəhərlənmə təsadüfi deyil. Məsləhət görürəm ki, insanlar bu cür şübhəli qidalarla rastlaşdıqda “1003” qaynar telefon xətti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlasınlar. Çox təəssüflər olsun ki, AQTA qida sanayesinin bütün sferelarını, zəncirini hələ də əhatə edə bilməyib. Ən azı, cəld reaksiya mexanizmi yoxdur. Yəni, hansısa şəxs bir yerdə təhlükəli qida satıldığını görüb dövlət orqanına məlumat versə, heç bir dövlət orqanının ixtiyarı yoxdur ki, gedib onun qarşısını alsın. Bunun üçün çox uzun bir presedur var. Şikayət olunarsa, dövlət orqanının ora gedib ancaq 3-4 günə çıxma ixtiyarı var”.

Qida üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a bildirib ki, insanlarımız suşini bir dəb halına çevirib yeyirlər: “Amma suşinin də bir normativi var, yəni onu acgözlüklə yemək olmaz. Bu, ən çox da xanımlar arasında yayılıb, gedib oturub qarışıq, krivetka, balıq, yosunla suşilər sifariş edirlər. Bunları qarışdırıb yeyirlər, sonra da deyirlər ki, zəhərləndik”.

Mütəxəssis deyir ki, suşini çox qarışdırmaq olmaz: “İkincisi, qarışdırıb acgözlüklə yemək olmaz. Suşi sifariş edirsənsə, bir dənə rol sifariş et, onu ye. Digər tərəfdən, burda mikrobioloji çirklənmə ola bilər. Nəzərə alsaq ki, suşi yarıbişmiş balıq məhsullarından hazırlanır, yapon mayonezindən istifadə edilir, təhlükəlidir. Yəni, riskli qidaların mətbəx şəraitində düzgün saxlanmamasından da zəhərlənmə ola bilər”.

Ağa Salamov: Amma suşinin də bir normativi var, yəni onu acgözlüklə yemək olmaz

Onun fikrincə, bu, çarpaz çirklənmədən də ola bilər: “Misal üçün, ət, toyuq, balıq doğrandıqları bıçaqla suşi rolunu kəsib servis edirlər. O bıçaqla çiy toyuq doğrayıblarsa, gedib çiy balığa da vururlar. Bu da çarpaz çirklənmə nəticəsində zəhərlənmə verə bilər”.

A.Salamovun sözlərinə görə, səthlərin təmizlənməməsi, mətbəxin bərbad vəziyyətdə olması, sanitar gigiyena normativlərini aşmaq da zəhərlənməyə yol aça bilər: “Ona görə, suşi hazırlanan mətbəxlərdə sanitar gigiyena qaydalarına diqqətlə riayət olunmalıdır. Bu yerin sahibi tərəfindən də maraqlı olmalıdır ki, insanlara satdığım qida məhsulları sanitar gigiyena qaydalarına tam cavab verməli, mənşəyi məlum olmalıdır. Yəni bunlar hamısı işçi heyətindən tələb olunmalıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026