Rəqsi ilə məşhurlaşan şairə İlhamə Elşadqızına elçi çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elgiz Əkbər danışıb.
Onun üçün elçi düşənlərin olduğunu eşidən şairə evlənmək istəmədiyini dilə gətirib: "Mənim xarakterimdə kaprizlərim çoxdur. Mən veriliş vasitəsi ilə ərə getmək istəmirəm".
Evlənmək barədə düşünməyən şairə ailə həyatı qurmaqdan qorxduğunu bildirib. O, fikirlərini belə əsaslandırıb: "Elə xoşbəxtəm, tək oturmuşam, özüm özümlə məşğulam. Vallah, görürəm o onu öldürdü, bu bunu öldürdü, beş uşağı var valideyninə baxmır. Dünyanın xoşbəxti mənəm".
Ziyafət Əlisoy
















