• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Bakinternet” abunəçiləri belə aldadır: “Söndür, yandır, düzələcək”

CƏMİYYƏT

01 Mart 2024 | 19:07

“Bakinternet” abunəçiləri belə aldadır: “Söndür, yandır, düzələcək”

Azərbaycanda hətta paytaxt Bakıda da abonentlər internetin keyfiyyətindən şikayət edirlər.

Məsələ ilə bağlı adiyyəti qurumlara, provayderlərə zəng edəndə bildirirlər ki, internetdə problem var, bir neçə saata düzələcək. Lakin təkrar zəng edəndə ən məşhur ifadə “ Modemi söndürün, 10 dəqiqə sonra yandırın, düzələcək” olur. Bu da alınmayanda son variant kimi modemi dəyişdirmək təklif olunur.

Abunəçilər internetin sürətindən, keyfiyyətsiz və kəsintilərlə verilməsindən narazıdırlar.

Bununla bağlı Bakıvaxtı.az-a daxil olmuş müraciəti sizə təqdim edirik. 

Şikayətçi Bakı şəhəri Binəqədi rayonu ərazsində yaşayan abunəçidir. Onun sözlərinə görə, "Bakinternet"ə borcu olmadığı təqdirdə internetin verilməsi dayandırılıb.Əgər xidmət göstərə bilmirlərsə, ödənişimi geri ödəməli, mövcud problemlərlə bağlı mənə və digər abunəçilərə xəbərdarlıq etməlidirlər. Mən problem yaşayıram və dəfələrlə "Bakinternet"ə zəng edirəm. Mən niyə özüm maraqlanmalıyam ki? Problemlər, kəsintilər, təchizat problemləri barədə abunəçi öncədən məlumatlandırılmalı və mövcud narahatlığa görə abunəçidən üzr də istənilməlidir.


SON XƏBƏRLƏR

26 Iyul 2024