"Taliban"ın müxtəlif qollarının liderləri Əfqanıstanın gələcək hökumətində mümkün qədər çox təsir qazanmaq üçün öz aralarında mübarizə aparırlar.
Bakıvaxtı.az xəbər verir ki, bu prosesin əsas iştirakçılarından biri taliblərin döyüşkən qollarından sayılan "Haqqani" hərəkatının liderləri və "Taliban"ın qurucusu Molla Ömərin oğlu Molla Məhəmməd Yaqubdur.
Molla Yaquba sadiq qüvvələr Əfqanıstanda hərəkatın qalası sayılan Qəndəhara, "Haqqani" tərəfdarları isə Kabili nəzarətdə saxlayır.
Məlumata görə, "Taliban" tərəfindən qurulan hökumətdə iki qrup meydana çıxa bilər. Bir qrup Qəndəhardan olan əfqanmeyilli, digəri isə "Haqqani" şəbəkəsindən pakistanmeyillilərdir".
Taliban daxilində başqa fikir ayrılığı da var. Məsələn, Molla Yaqub hesab edir ki, Əfqanıstanı diplomatiya ilə məşğul olanlar deyil, hələ də hərbi əməliyyatlardan məsul olan liderlər idarə etməlidir. Əks mövqeyi isə hərəkatın həmtəsisçisi Molla Əbdül Qani Baradar tutur.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















