• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İlham Əliyev Putin-Ərdoğan görüşü BARƏDƏ: “Hər iki ölkənin rolunu çox müsbət dəyərləndiririk”

SİYASƏT

02 Oktyabr 2021 | 12:38 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev Putin-Ərdoğan görüşü BARƏDƏ: “Hər iki ölkənin rolunu çox müsbət dəyərləndiririk”

"Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

"Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir", - Prezident vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026