• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Braziliyalı senator Ağdama səfər etdi - FOTO

SİYASƏT

31 Oktyabr 2021 | 19:58

Braziliyalı senator Ağdama səfər etdi - FOTO

Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Ağdam şəhərinə səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Antonio Anastasiyaya məlumat verilib ki, ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra şəhərdə və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar.

Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.

Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Ağdam şəhərindəki İmarət kompleksini, Pənahəli xanın buradakı sarayını və qəbiristanlığı, Ağdam Cümə məscidini ziyarət edib, inzibati binaların və Ağdam Dram Teatrının binasının qalıqları ilə tanış olub.

Braziliyalı senatora Ağdam şəhərinin Baş planı və burada həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.


Braziliyalı senator Ağdama səfər etdi - FOTOBraziliyalı senator Ağdama səfər etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026