• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Mustafa Şentop Azərbaycana başsağlığı verdi

SİYASƏT

30 Noyabr 2021 | 16:02 | Müəllif: Subhan Mahmudov

Mustafa Şentop Azərbaycana başsağlığı verdi

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib.

“Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan xalqının baş sağ olsun”, - M.Şəntop bildirib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026