“Gələn həftələrdə yenə Azərbaycanda olacağıq. 44 günlük müharibədə qazanılan qələbə təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də mühüm hadisə oldu”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib.
















