• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcək

SİYASƏT

30 Oktyabr 2021 | 14:20 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcək

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin müzakirə edəcəyi bir çox məsələlər var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O deyib ki, həmin məsələlər sırasına Suriya, Əfqanıstan və Qafqazdakı durum, ABŞ-Türkiyə ikitərəfli əlaqələri daxildir: “Terrora qarşı mübarizə, qlobal iqtisadiyyata dair məsələlər də gündəmdə olacaq”.

İ.Kalının sözlərinə görə, R.T.Ərdoğan və C.Baydenin Romada və ya Şotlandiyanın paytaxtı Qlazkoda görüşəcəyi gözlənilir: “Görüşlə bağlı son dəqiqləşmələr aparılır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR