• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər

SİYASƏT

01 Oktyabr 2021 | 18:44 | Müəllif: Subhan Mahmudov

Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Lavrovla Mirzoyan Qarabağı müzakirə ediblər.

“Regional sabitlik və təhlükəsizlik problemlərinə, ilk növbədə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət yetirildi”, - deyə məlumatda bildirilir. O da qeyd edilir ki, nazirlər aktual humanitar məsələlərin, ilk növbədə minalanmış ərazilərin xəritələrinin verilməsi və saxlanılan şəxslərin geri qaytarılması, mədəni irs obyektlərinin qorunub saxlanılması problemlərinin ardıcıl həllinin vacibliyini vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026