• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tanınmış publisist  təltif edildi

DÜNYA

10 Oktyabr 2022 | 16:25

Tanınmış publisist təltif edildi

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Rusiyanın tanınmış publisisti Vladimir Kara-Murzanı Vatslav Qavel adına mükafata layiq görüb.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə AŞPA-nın payız sessiyasının açılışında assambleyanın sədri Tini Koks bildirib.

Məlumata görə, tədbirdə onun diplomu xanımı Yevgeniya Kara-Murzaya təqdim olunub.

Qeyd edək ki, Rusiyanın müxalif siyasətçisi, telejurnalist, publisist, rejissor Vladimir Kara-Murza 1981-ci il sentyabrın 7-də Moskvada anadan olub. O, “Boris Nemtsova azadlıq fondu”nun keçmiş sədridir. 2015-2016-cı illərdə Xalq Azadlıq Partiyası sədrinin müavini olub.

Kara-Murza Rusiya Silahlı Qüvvələrinin Ukraynada fəaliyyəti ilə bağlı “yalan informasiya yaymaqda” ittiham olunaraq həbs edilib. İstintaqa görə, o, ABŞ-ın Arizona ştatında Rusiya ordusunun Ukraynada qadağan olunmuş vəsitələrdən istifadə etməkdə ittiham edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026