• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pentaqon: "Rusiya döyüş tanklarının yarısını itirib"

DÜNYA

09 Noyabr 2022 | 12:55 | Müəllif: Subhan Mahmudov

Pentaqon: "Rusiya döyüş tanklarının yarısını itirib"

“Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya, yəqin ki, əsas döyüş tanklarının yarısını itirib”.

Bakıvaxtı.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin (Pentaqon rəhbərinin) müavini Kolin Kal deyib.

O bildirib ki, Rusiya, həmçinin dəqiq silahların əksəriyyətindən istifadə edib: “Rusiya Prezidenti Vladimir Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibənin nəticəsində zəifləyəcək”.

K.Kal söyləyib ki, Rusiyanın itkiləri SSRİ-nin Əfqanıstandakı itkilərindən qat-qat çoxdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı savaş bu ilin fevral ayında başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026