İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində terror təşkilatı sayılan “Ceyşul adl” adlı qruplaşmanın üzvləri olduğu aşkarlanan Raşit Bəluç və İshak Askani terror aktları törətməkdə ittiham olunublar. Onlar təhlükəsizlik qüvvələrinə silahlı basqın edərək 4 sərhəd əsgərini öldürüblər.
Bakıvaxtı.az xəbər verir ki, Raşid Beluc və İshak Askani edab olunub.
Sözügedən şəxslərin Sistan və Bəlucistan əyalətinin Cebruk və Riddik sərhəd bölgəsində müxtəlif terror aktları törətdikləri qeyd edilib. Həmçinin, onlarln 4 sərhəd əsgərini öldürdükləri, hərbçilərə və hüquq-mühafizə qüvvələrinə casusluq etdikləri müəyyən edildikdən sonra həbs edildiyi bildirilib.
Həbs edildikdən sonra onların Ceysul Adl təşkilatına necə üzv olduqlarını və iştirak etdikləri terror əməliyyatlarını ətraflı izah edərək etiraf etdikləri açıqlanıb. Bildirilib ki, hər iki şəxs noyabrın 8-i çərşənbə axşamı verilən yekun qərarla Zahidanın mərkəzi həbsxanasında edam edilib.
Aytac Aslan
















