Fövqəladə Hallar Nazirliyi (FHN) "Torqovı"da kanalizasiya quyusunda baş verən partlayışla bağlı məlumat yayıb.
Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.
***
00:10
Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib,
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər.
Hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.
***
11 iyul, 22:39
Bakının mərkəzində kanalizasiyada partlayış olub.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayış “Torqovı” kimi tanınan Nizami küçəsində baş verib.
Belə ki, küçədə kanalizasiya quyularından birinin dəmir qapağı ataraq kənara sıçrayıb. Daha sonra kanalizasiya quyusu yanmağa başlayıb. Quyunun yaxınlığındakı binada işıqlar sönüb. Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub. Dərhal ərazi boşaldılıb və insanların həmin hissəyə girişi qadağan edilib. İlkin ehtimala görə, hadisəyə səbəb quyuya qaz yığılması olub. Ətraflı məlumat veriləcək.
















