Tovuzdakı elektrik yarımstansiyasında yanğına səbəb 6 kv-luq xəttə izolyasiyalı xəttə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.
"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib", - o bildirib.
Qeyd edək ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.
***
Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.
Bakıvaxtı.az Unikal-a istinadən xəbər verir ki, hadisə Tovuz elektrik stansiyasında qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb.
Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.
















