• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Terrorçu hadisə yerindən qaçarkən, görün, nə edib

DÜNYA

23 Mart 2024 | 20:35 | Müəllif: Subhan Mahmudov

Terrorçu hadisə yerindən qaçarkən, görün, nə edib

“Krokus Siti Holl”da terror aktını törədən şəxslər hadisədən dərhal sonra oradan uzaqlaşarkən idarə etdiyi avtomobillə uşaq vurublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qəza nəticəsində yaralanan və hazırda reanimasiyada olan oğlan uşağının anası məlumat verib.

Qadın bildirib ki, terrorçular ağ rəngli “Renolt” markalı avtomobildə olublar.

“Övladımızın vəziyyəti stabildir, hazırda reanimasiyada müalicə olunur. Uşaq kəllə-beyin travması alıb, körpücük sümüyü və bud sümüyü sınıb”, - qadın bildirib.

Qadın əlavə edib ki, avtomobili idarə edən şəxs maşını qəsdən elə idarə edib ki, uşağa xəsarət yetirsin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026