• Bakı 16° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Hesabat: Dünyada silahlanma yarışı sürətlə artır

DÜNYA

22 Aprel 2024 | 18:27

Hesabat: Dünyada silahlanma yarışı sürətlə artır

Ötən il dünya üzrə ümumi müdafiə xərcləri 6,8 faiz artaraq 2 trilyon 443 milyard dollar təşkil edib.

Bakıvaxtı.az “Haberturk”ə istinadən bildirir ki, bununla bağlı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dövlətlərin hərbi xərclərini əks etdirən hesabat dərc edib. 

Hesabata görə, ötən ilki artım 2009-cu ildən etibarən qeydə alınan ən yüksək göstəricidir. Xüsusən də Avropa, Asiya və Yaxın Şərqdə böyük artımlar qeydə alınıb. 

Hərbi xərclərin artımına görə birinci yerdə ABŞ durur. Belə ki, ötən il ABŞ-nin hərbi xərcləri 2,3 faiz artaraq 916 milyard dollara çatıb. 

Dünyanın ikinci ən böyük hərbi xərcləmə ölkəsi olan Çin 2023-cü ildə orduya təxminən 296 milyard dollar ayırıb. Bu, 2022-ci ilə müqayisədə  6 faizlik artım deməkdir.

Yaponiya 2023-cü ildə ordusuna 50,2 milyard dollar ayırıb və bu rəqəm 2022-ci illə müqayisədə 11 faiz çoxdur.

Hindistan ötən il dünyada ən çox hərbi xərclərə malik dördüncü ölkədir. Ölkənin hərbi xərcləri 2022-ci illə müqayisədə 4,2 faiz artaraq 83,6 milyard dollar təşkil edib.

Türkiyə 2022-ci illə müqayisədə 1 pillə yüksələrək ötən il 22-ci yerdə qərarlaşıb. 

Hesabata əsasən, ötən il hərbi xərclərin artımı Səudiyyə Ərəbistanında 24 faiz, İranda 37 faiz, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində 54 faiz, Meksikada 55 faiz, Polşada 75 faiz, Əlcəzairdə 76 faiz, Cənubi Sudanda 78 faiz və Konqoda 105 faiz təşkil edib. 

Ümumilikdə 2023-cü ildə 31 NATO ölkəsi dünya üzrə ümumi xərclərin 55 faizini öz üzərinə götürüb və ümumi xərcləri 1 trilyon 341 milyard dollar təşkil edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 May 2024