• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Paşinyan: Ermənistan ilk dəfə olaraq sərhədlərini danışıqlar yolu ilə müəyyən edir

DÜNYA

22 May 2024 | 17:43

Paşinyan: Ermənistan ilk dəfə olaraq sərhədlərini danışıqlar yolu ilə müəyyən edir

Delimitasiya prosesi nəticəsində Ermənistanın dövlətçiliyi ilə bağlı problemin 60 faizini həll etmişik.

Bakıvaxtı.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib.

    O, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyasının əsaslandığı xəritəni deputatlara nümayiş etdirib.

    Ermənistanın hökumət rəhbəri bildirib ki, 1976-cı ilə aid olan xəritə vaxtilə SSRİ-nin Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənib və Silahlı Qüvvələrinin Baş Qərargahı ondan istifadə edib. O həmçinin, Tavuş istiqamətində delimitasiya zamanı ölkəsinin ərazi itkiləri ilə üzləşməsi barədə iddialarla razılaşmayıb və bu prosesi uğur kimi dəyərləndirib:

    “Mən bunu uğur adlandırardım. Çünki Ermənistan tarixində ilk dəfə olaraq sərhədlərini danışıqlar yolu ilə müəyyən edir və bununla suverenlik, dövlətçilik və gələcək inkişafın təməlini qoyur”, - Paşinyan fikirlərini belə yekunlaşdırıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026