• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanıldı

DÜNYA

22 Aprel 2024 | 19:59 | Müəllif: Subhan Mahmudov

Uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanıldı

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisələrindən birində çalışan 13 mühafizəçi uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri üçün saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milan Baş Prokurorluğu açıqlama yayıb.

Qeyd edilib ki, aparılan istintaq çərçivəsində Milandakı Çezare Bekkariya Uşaq Həbsxanasının 13 mühafizəçi ifşa edilib.

Onların məhkum olunmuş uşaqlara qarşı pis rəftar və işgəncələr verdikləri barədə əsaslı sübutlar götürülüb.

Həmçinin qeyd olunub ki, onlar həbsxanadakı uşaqlara qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinirlər.

İstintaq çərçivəsində 8 nəfərin dövlət vəzifəsindən müvəqqəti kənarlaşdırıldığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026