• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Britaniya qanunsuz miqrantların bu ölkəyə göndərir

DÜNYA

22 Aprel 2024 | 19:28

Britaniya qanunsuz miqrantların bu ölkəyə göndərir

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Birləşmiş Krallığa qanunsuz yollarla gələn miqrantları Ruandaya aparan uçuşların 10-12 həftə ərzində başlayacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir keçirdiyi mətbuat konfransında bunun qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün təsirli bir maneə rolunu oynayacağını qeyd edib. Rişi Sunak bildirib ki, qanun layihəsinin son hissəsi bu gün hər nə cür olursa-olsun parlamentdən keçəcək və bundan sonra qanunsuz miqrantlar 10-12 həftəyə Ruandaya yollanacaq.

Xatırladaq ki, Ruandaya miqrantları aparacaq ilk reys 2022-ci ilin iyununda yola çıxmalı idi, lakin hüquqi problemlər səbəbindən sonra bu, ləğv edilmişdi.


SON XƏBƏRLƏR