Tovuz sakini bədbəxt hadisə nəticəsində ölüb.
Bakıvaxtı.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonun Aşağı Əyyublu kəndində baş verib. Kənd sakini Yasin İbrahimov iş görən zaman cərəyan onu vurub. Orta yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
















