• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Evdən oğurluq edən şəxs saxlanıldı

HADİSƏ

31 May 2022 | 10:53

Evdən oğurluq edən şəxs saxlanıldı

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə mayın 28-də Maştağa qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində 3 ədəd noutbuk, 3 ədəd domafon, 2 ədəd televizor, videokamera və avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Bakıvaxtı.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlqəli cinayətlərə görə məhkum olunmuş Rövşən Şahbazov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026