• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ağdam sakinində narkotik maddə aşkarlandı

HADİSƏ

30 Iyun 2022 | 10:35

Ağdam sakinində narkotik maddə aşkarlandı

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olumuş Mahir Hüseynov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluqla yetişdirilən çətənə bitkiləri və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.


Ağdam sakinində narkotik maddə aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026