• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Əməliyyat zamanı HADİSƏ - Polis əməkdaşına...

HADİSƏ

30 Iyun 2022 | 09:31

Əməliyyat zamanı HADİSƏ - Polis əməkdaşına...

Yevlaxda polis əməkdaşı narkotik əkən şəxsi saxlayarkən xəsarət alıb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, rayonun Hacıselli kəndində kultivasiya yolu ilə narkotik yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026