Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan 2 "VAZ" markalı avtomobil toqquşub.
Qəza zamanı bir qadın ölüb, 4 nəfər ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
















