• Bakı C

    11.51 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

"Turan Tovuz"dan ayrılan futbolçu Liviya klubunda

İDMAN

08 Fevral 2025 | 13:56

Turan Tovuzdan ayrılan futbolçu Liviya klubunda

"Turan Tovuz" klubu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən nigeriyalı hücumçu Otto Con özünə yeni komanda tapıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Liviyanın "Əl Mədinə" klubunun Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Otto Con "Əl Mədinə" klubu ilə ikiillik müqavilə imzalayıb.

Qeyd edək ki, 2023-cü ildən "Turan Tovuz" klubunun formasını geyinən 27 yaşlı nigeriyalı hücumçu 56 oyunda meydana çıxıb, 16 qolla yadda qalıb.


SON XƏBƏRLƏR