• Bakı 18° C

    11 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Fenomen fitnesçi evində ölü tapıldı

HADİSƏ

25 May 2026 | 14:32

Fenomen fitnesçi evində ölü tapıldı

Braziliyalı fitnes fenomeni Qabriel Qanli 22 yaşında vəfat edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, sosial media platformasında 2,3 milyon izləyicisi olan Qanli San-Pauludakı evində ölü tapılıb.

Yerli medianın məlumatına görə, Qanlinin meyitini dostu tapıb. Fitnesçinin ölüm səbəbi hələ də məlum deyil. Səlahiyyətlilər hadisənin hazırda "şübhəli ölüm" kimi qiymətləndirildiyini, lakin hadisə yerində qətl hadisəsinə dair heç bir dəlil tapılmadığını bildiriblər.

15 yaşında bodibildinqə başlayan Qanli keçmişdə anabolik steroidlərdən istifadə etdiyini izləyicilərinə etiraf etmişdi.

Əzələ böyüməsini sürətləndirmək üçün istifadə edilən bu maddələr qısa müddətdə performansı yaxşılaşdıra bilsə də, uzun müddətdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssislər anabolik steroid istifadəsinin qaraciyər zədələnməsi, ürək problemləri, hormonal balanssızlıq, depressiya və aqressiv davranış kimi ciddi nəticələrə səbəb ola biləcəyini bildirirlər.


SON XƏBƏRLƏR

24 May 2026