Türkiyə Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətinin Çendu şəhərində Baş Konsulluğunu açıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.
Çin XİN-in Konsulluq İdarəsinin direktoru U Si açılış mərasimində deyib ki, baş konsulluq Çin və Türkiyə arasında dostluq mübadiləsi və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni körpüyə çevriləcək.
Qeyd edək ki, bu, Türkiyənin Çindəki üçüncü diplomatik nümayəndəliyidir: Bundan başqa, Türkiyənin Pekində səfirliyi və Şanxayda konsulluğu fəaliyyət göstərir.
















