• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

PKK-nın rəhbərlərindən biri öldürüldü

DÜNYA

13 Iyul 2023 | 16:04

PKK-nın rəhbərlərindən biri öldürüldü

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) PKK terror qruplaşmasının əsas fiqurlarından hesab edilən Edip Temiz (kod adı Cəsur Azad) adlı terrorçunu zərərsizləşdirib.

Bakıvaxtı.az Hürriyet”ə istinadən xəbər verir ki, PKK-nın xüsusi güc bölməsində ideoloji, hərbi və texniki təhsil alan E.Temiz, İraqın bütün bölgələrindəki birliklərə təlim keçib.

O, taktiki aparat istehsal edən komandaya rəhbərlik edib. Terror qruplaşmasında 20 ilə yaxındır fəaliyyət göstərən E.Temiz həm də təşkilatın böyük əhəmiyyət verdiyi Zaqros silahlarının yaradıcısı olduğu üçün PKK-nın qondarma Hərbi Şura deyilən qurumda yüksək səviyyəli “zabit” olub.

Yaratdığı yerli kəşfiyyat şəbəkəsi ilə PKK-nın ən tanınmış adlarını təqib edən MİT sahə agentləri vasitəsilə terrorçuların məxfi fəaliyyət göstərdiyini müəyyən edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026