• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Türkiyədə 23 avtomobil toqquşdu

DÜNYA

06 Mart 2023 | 00:10 | Müəllif: Subhan Mahmudov

Türkiyədə 23 avtomobil toqquşdu

Anadolu magistralının Kocaeli hissəsində 23 avtomobilin iştirakı ilə 7 ayrı yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəzalar səbəbiylə İstanbul istiqamətinə nəqliyyatın hərəkəti dayandırılıb.

Məlumata görə, yol-nəqliyyat hadisələri nəticəsində 11 nəfər yaralanıb.

Bildirilir ki, zəncirvari qəzalar 2 sərnişin avtobusu, 13 minik avtomobili, tur avtobusu, yük maşınları, pikap və 2 yüngül ticari avtomobilin iştirakı ilə baş verib.

Əraziyə çox sayda tibbi, xilasetmə və polis qrupları sövq edilib. Yaralıların həyati təhlükəsinin olmadığı vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026