"İndiyədək 1-i İstanbul, 5-i İzmir olmaqla ümumilikdə 6 nəfər koronovirusun "omicron" ştamına yoluxub".
Bakıvaxtı.az TRTHaber-ə istinadla xəbər verir ki, bu barədə ölkənin səjiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir deyib ki, həmin 6 xəstənin xəstəxanaya ehtiyacı olmayıb: "Onların simptomları son dərəcə yüngüldür. Onu da deyim ki, heç bir problemi olmayan ambulator xəstələr var. Vətəndaşlarımız "omicron" variantından narahat olmamalıdır. Biz hesab edirik ki, bu variantın yoluxuculuğu daha yüksəkdir, lakin ilkin məlumatlarla onun virulentliyi daha aşağı ola bilər".
F.Qoca ölkə əhalisini ehtiyat tədbirlərini davam etdirməyə çağırıb.
















