• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Almatıdakı iğtişaşlarda iştiraka görə 675 nəfər saxlanılıb

DÜNYA

11 Yanvar 2022 | 00:26 | Müəllif: Qalib İbrahimoğlu

Almatıdakı iğtişaşlarda iştiraka görə 675 nəfər saxlanılıb

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Almatı əyaləti və Almatı şəhərində iğtişaşlarda iştirak etdiklərinə görə 675 nəfəri saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xabar 24” telekanalı ölkənin Milli Təhlükəsizlik Komitəsinə (MTK) istinadən məlumat yayıb.

"Almatı şəhəri və Almatı vilayətində üç gündə 675 nəfər saxlanılıb. Əməliyyatda MTK, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyanın xüsusi təyinatlı qüvvələri iştirak edir", - telekanal bildirib.

Telekanalın məlumatına görə, saxlanılanlar iğtişaşlar zamanı hərbçilərdən və polisdən götürdükləri iddia edilən səsli qumbaralar, dəbilqə və qalxanlarla terror aktları törətməkdə şübhəli bilinirlər./report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026