Rusiya Prezidenti Vladimir Putin fevralın 14-də Türkiyəyə səfər edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın diplomatik mənbələrinə istinadla “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, səfər tarixi dəqiq məlum deyil, amma Putinin ayın 14-də Türkiyəyə getməsi mümkündür.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarlarını ölkəyə dəvət etmişdi.
















